Xəzər Xəbər

Bakıda kirayə mənzil tapmaq çətinləşir VİDEO

Veb TV | 21:12 • 15 Sentyabr 2024
Bakıda kirayə mənzil tapmaq çətinləşir

Bakının kirayə mənzil bazarında bahalaşma davam edir.

Xezerxeber.az-ın məlumatına görə, rieltorlar deyirlər ki, tələbatın ilbəil artması kirayə bazarında qiymətlərin də bahalaşmasına səbəb olur.

Bəs qiymət artımı tendensiyası davam edəcəkmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş binalar söküldükcə oranın sakinləri də kirayə mənzil bazarına üz tuturlar. Odur ki, belə vəziyyət qiymətlərə təsir edə bilir. Bu proses 2016-cı ildə başlayıb və hələ də davam edir.

Ekspertin sözlərinə görə, qiymətlər hər il müəyyən qədər artır. Yeni tədris ilinin başlaması da kirayə bazarındakı artımın səbəblərindən biridir. 

Ekspert hesab edir ki, tələbat artdığından yaxın gələcəkdə paytaxtın mərkəzə yaxın ərazilərində münasib qiymətə kirayə mənzil tapmaq daha da çətin olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar