Xəzər Xəbər

Balıq bazarında canlanma var QİYMƏTLƏR/VİDEO

Veb TV | 20:24 • 15 Sentyabr 2024
Balıq bazarında canlanma var

Havaların soyuması ilə balığa tələbat da artır. Bəs tələbin artması balıq bazarındakı qiymətlərə necə təsir edir?

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan əhalisi ötən il adambaşına orta hesabla 8 kiloqram balıq və balıq məhsulları istehlak edib. Lakin istehlak edilən balıq məhsullarının böyük hissəsi xaricdən idxal edilir. Yerli məhsul isə azdır.

Uzun illər balıq satışı ilə məşğul olan mütəxəssis İlkin Novruzovun fikrincə, bəzi balıq növləri var ki, qiyməti stabil olaraq qalır. Xaricdən gətirilən balıqların qiymətində isə enmə müşahidə edilir.

İlkin Novruzov bildirib ki, xaricdən müxtəlif növ balıqlar gətirilir. Lakin alıcıları daha çox maraqlandıran keyfiyyəti və qiymətidir. Yerli balıq isə həm tələbatı qarşılamır, həm də bahadır.

Mütəxəssis bildirib ki, hazırda müştərilərin ən çox maraq göstərdiyi balıq növləri çupra, forel, sazan və kütümdür. Bazarda isə mövsüm başladığı üçün canlanma müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar