Xəzər Xəbər

İllərdir səhmdarı olduqları şirkətdən dividendlərini ala bilmirlər – ŞİKAYƏT VİDEO

Veb TV | 21:45 • 14 Sentyabr 2024
İllərdir səhmdarı olduqları şirkətdən dividendlərini ala bilmirlər – ŞİKAYƏT

İllərdir səhmdarı olduqları şirkətdən dividendlərini ala bilmirlər... Üstəlik şirkətin ümumi yığıncağında iştirak etmədikləri halda onlarsız qərarlar qəbul olunub...

Xezerxeber.az xəbər verir ki, bu iddia ilə "Bakı Şampan Şərabları" ASC-nin səhmdarları çıxış edirlər. Onlar illərdir almalı olduqları, lakin ala bilmədikləri gəlirləri tələb edirlər.

Səhmdarlar onu da iddia edirlər ki, onların iştirak və xəbəri olmadan iclaslar keçirilib. Sənədlərdə də səhmdarlar iştirak etmiş kimi qeyd edilib.

Məsələni araşdıran hüquq şirkətinin rəhbəri Cahangir Alıyev isə deyir ki, şirkətin eyni aqibəti yaşayan səhmdarlarının sayı onlarladır.

Səhmdarlar artıq hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar