Xəzər Xəbər

Səbaildə tikinti şirkəti 250-ə yaxın sakinin suyunu kəsir - Aidiyyəti qurum NƏ DEYİR? VİDEO

Veb TV | 21:25 • 14 Sentyabr 2024
Səbaildə tikinti şirkəti  250-ə yaxın sakinin suyunu kəsir - Aidiyyəti qurum NƏ DEYİR?

Səbail rayonu ərazisində yaşayan təxminən 250-ə yaxın sakinə su verilmir.

Söhbət Səbail rayonu Əhəd Yaqubov 52c ünvanından gedir. Bu dəfə isə problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən yox, binaları tikən "Ulubəy" MTK-dan qaynaqlanır.

Səbəb isə sakinlərdən bəzilərinin komendant pulunu ödəməməsidir.

Məsələ ilə bağlı sözügedən MTK ilə əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda yaşanan problem həmin binanın sakinləri ilə MTK arasında baş verib. Məlumata görə sakinlər kommunal ödənişləri vaxtında ödəməklərinə, gecikdirdiklərinə görə MTK rəhbərliyi nasosxananın fəaliyyətini dayandırıb. 

Məsələnin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə heç bir əlaqəsi yoxdur.

Hüquqşünaslar isə deyirlər ki, heç bir halda MTK sakinlərin suyunu kəsə bilməz. Bu məsələ aidiyyəti qurum tərəfindən həll edilməli və binanın idarəsi sakinlərin özlərinə verilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar