Xəzər Xəbər

Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır? - ARAŞDIRMA VİDEO

Veb TV | 20:50 • 14 Sentyabr 2024
Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır? - ARAŞDIRMA

Bu il evlənənlərin sayı ötən illə müqayisədə azalıb, boşanmalarda isə statistika eyni qalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dən 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, sosioloq Üzeyir Şəfiyev deyir ki, gənclər daha çox təhsilə və maddi məsələlərə yönləndikləri üçün zamanla evliliyə maraqları da azalır.

Ekspert deyir ki, evlilik statistikasında azalmanın əsas səbəblərindən biri də boşanmaların çoxalmasıdır.

Sosioloq hesab edir ki, ailə həyatı qurmaq istəyən gənclərə kənardan müdaxilələr edilməməlidir. Evlilik üçün ən ideal yaş qızlar üçün 23-26, oğlanlar üçün isə 25-27 hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar