Xəzər Xəbər

İşğaldan azad edilmiş rayonlara avtobusla necə gediləcək? VİDEO

Veb TV | 20:30 • 14 Sentyabr 2024
İşğaldan azad edilmiş rayonlara avtobusla necə gediləcək?

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb.

Xezerxeber.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutu fəaliyyətə başlayıb. Bu gün səhər saatlarında Bərdə şəhər avtovağzalından Xankəndiyə ilk avtobus hərəkət edib.

Avtobuslar Bərdə avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

Marşrut xətti üzrə hərəkət yüksək komfortlu avtobuslarla həyata keçirilib.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, marşrut üzrə sərnişindaşıma qiyməti vahid tariff üzrə müəyyən edilir.

Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazələrin alınması da mütləqdir. Bu icazəsi olmayanlar əraziyə daxil ola bilməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar