Xəzər Xəbər

Əvvəlcə bıçaqladı, sonra maşınla üstündən keçdi QƏTLİN TƏFƏRRÜATI/VİDEO

Veb TV | 20:39 • 13 Sentyabr 2024
Əvvəlcə bıçaqladı, sonra maşınla üstündən keçdi

Şamaxıda dəhşətli qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, 29 yaşlı Elbrus Şeydayev qaynatası,  45 yaşlı Əlağa Hüseynova bıçaqla xəsarət yetirib, daha sonra maşınla üstündən keçib. Sonra isə qaynanası 39 yaşlı Püstə Hüseynovaya xəsarət yetirib.

Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Kürəkən Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti