Xəzər Xəbər

Xankəndi və Xocalıya avtobus reysi açılır VİDEO

Veb TV | 21:12 • 13 Sentyabr 2024
Xankəndi və Xocalıya avtobus reysi açılır

Xankəndi və Xocalıya müntəzəm avtobus reysi açılır.

Xezerxeber.az-ın məlumatına görə, Yerüstü Nəqliyyat Agentliyi sabahdan "Böyük Qayıdış" proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Avtobuslarla hər 2 istiqamətdə gün ərzində 3 reys həyata  keçiriləcək. İşğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazələrin alınması isə vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti