Xəzər Xəbər

Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb VİDEO

Veb TV | 20:23 • 13 Sentyabr 2024
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

Siyəzən rayonu, Vüqar Qasımov adına Yenikənd kənd tam orta məktəbi bağlanıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər 400 şagirdin təhsil aldığı məktəbin 6 aydır ki, fəaliyyətinin dayandırılmasından narazıdırlar.

Onlar deyirlər ki, təhsil ocağı aylardır təmirə dayandırılsa da, heç bir iş aparılmayıb. Bu il yenə 400 şagird    təhsilini davam etdirmək üçün qonşu kəndlərə getmək məcburiyyətində qalacaqlar.

Sakinlər deyirlər ki, kənddə modul tipli məktəb quraşdırılcağı deyilib. Lakin onunla bağlı da bir məlumat ala bilmirlər.

Sakinlərin narazılığı ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov  “Xəzər Xəbər”ə bildirdi ki, sözügedən  məktəbdə mövcud vəziyyətlə bağlı adiyyəti üzrə müvafiq qurumlara məlumat verilib. Yaxın vaxtlarda təmir-tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təhsilin fasiləsizliyini təmin etmək  məqsədilə şagirdlər yaxınlıqdakı məktəblərə yerləşdiriliblər. Onların nəqliyyat vasitəsilə həmin təhsil müəssisələrinə daşınması Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti