Xəzər Xəbər

Şəhidlərlə bağlı məqalələr Vikipediyadan silinib - Səbəb nədir? VİDEO

Veb TV | 20:56 • 13 Sentyabr 2024
Şəhidlərlə bağlı məqalələr Vikipediyadan silinib - Səbəb nədir?

"Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr Vikipediyadan silinib".

Xezerxeber.az-ın məlumatına görə, bunu texnobloger, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas açıqlayıb.

Məlumatı dəqiqləşdirmək üçün vikipediyada şəhidlər barədə axtarış verdik, lakin heç bir ada keçid edə bilmədik.

Fərid Pərdəşünas deyib ki, qlobal vikimedia lokal dillərdə olan məzmunların ensiklopedik meyarlara cavab verib-verməməsinə qarışmır.

Məsələ ilə bağlı Vikipediyanın Azərbaycan seqmentinin inzibatçısı Ayxan Zayıdzadə bildirdi ki, sözügedən məqalələr beynəlxalq vikipediya standartlarına uyğun deyil.

Onun sözlərinə görə, Vikipediya Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti