Xəzər Xəbər

Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşlərindən GÖRÜNTÜLƏR

Veb TV | 15:51 • 13 Sentyabr 2024
Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşlərindən

Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşləri keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, yarışda 10 komanda iştirak edib.

Ən yaxşı nəticəni “Oracle Red Bull Racing” komandasının pilotu Maks Verstappen göstərib.

Daha sonrakı yerlərdə isə “Mercedes-AMG Petronas” komandasının pilotu Lyuis Hamilton və “Oracle Red Bull Racing” komandasının digər pilotu Serxio Perez qərarlaşıb.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti