Xəzər Xəbər

Orta aylıq əməkhaqqında artım pensiyaları nə qədər artıracaq? VİDEO

Veb TV | 21:20 • 12 Sentyabr 2024
Orta aylıq əməkhaqqında artım pensiyaları nə qədər artıracaq?

Azərbaycanda bütün növ pensiyaların növbəti ildən artmı nəzərdə tutulur.

Xezerxeber.az xəbər verir ki, iqtisadçı Elşad Məmmədovun sözlərinə görə, orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır. Bu ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb.

Pensiyaların da elə bu qədər artacağı proqnozlaşdırılır.

İqtisadçı onu da bildirib ki, eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə də təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq.

Qeyd edək ki, bütün növ pensiyalar sonuncu dəfə 11,2 faiz artırılmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti