Xəzər Xəbər

Sünnət əməliyyatlarını İcbari Tibbi Sığorta ilə etməyin yolları AÇIQLANDI VİDEO

Veb TV | 20:40 • 12 Sentyabr 2024
Sünnət əməliyyatlarını İcbari Tibbi Sığorta ilə etməyin yolları AÇIQLANDI

Sünnət əməliyyatı İcbari Tibbi Sığorta hesabına aparılır.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Lətifova "Xəzər Xəbər"ə müsahibəsində deyib.

O, qeyd edib ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə minlərlə uşağa sünnət əməliyyatı icra olunub.

Agentliyin rəsmisi Leyla Lətifova bildirir ki, sünnət əməliyyatından öncə olan bütün analizlər də xidmətlər zərfinə daxildir və tamamilə ödənişsizdir.

Qeyd edək ki, əgər valideyn övladının sünnət əməliyyatını özəl klinkada həyata keçirmək istəsə bu zaman 150 -500 manat arasında məbləğ ödəməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti