Xəzər Xəbər

Bakı-Sumqayıt marşrutu üzrə yeni avtobuslar fəaliyyətə başlayır VİDEO

Veb TV | 21:12 • 11 Sentyabr 2024
Bakı-Sumqayıt marşrutu üzrə yeni avtobuslar fəaliyyətə başlayır

Bakı-Sumqayıt marşrutu üzrə yeni müntəzəm avtobuslar fəaliyyətə başlayır.

Xezerxeber.az-ın məlumatına görə, Bazar günündən etibarən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. Daha əvvəl isə bu avtobuslar “Azadlıq” metrostansiyasından Novxanı kəndinə qədər hərəkət edirdi.

Bununla yanaşı, vətəndaşlar “Avtovağzal" metrostansiyasına gələrək "Neoplan" avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər.

Qeyd edək ki, "20 Yanvar" metrostansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar