Xəzər Xəbər

Xırdalan dairəsində yolun qazılması ərazidə qəza şəraiti yaradır VİDEO

Veb TV | 21:45 • 11 Sentyabr 2024
Xırdalan dairəsində yolun qazılması ərazidə qəza şəraiti yaradır

Bakı-Quba yolunun Xırdalan dairəsindən keçən hissəsində yolun ortası bir həftədən çoxdur ki, qazılıb, ancaq hələ də bərpa edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, magistral yoldan Abşeronun Xırdalan şəhərinə daxil olan küçədə aparılan qazıntı, təmir-bərpa işlərindən sonra həmin yerə asfalt örtüyü çəkilmədiyindən  sürücülər üçün təhlükə yaranıb. Əsasən gecə saatlarında sürücülər qəza halları ilə rastlaşırlar.  

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ərazidə aparılan təmir - bərpa işlərindən sonra yola asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub. Ancaq bu, planlı şəkildə həyata keçirilməlidir. Çünki təmir-bərpadan sonra həmin yerə dərhal asfalt örtüyü çəkilərsə, yenidən çökmə hadisəsi baş verə bilər. Məhz bu səbəbdən həmin yerin asfaltlanması işi müəyyən müddətdən sonra nəzərdə tutulub. “Problem qısa vaxt ərzində aradan qaldırılacaq” deyə adıçəkilən qurumdan bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar