Xəzər Xəbər

Lənkəran rayonunun Üzümçülük qəsəbəsinin məktəbi bağlanır? VİDEO

Veb TV | 20:55 • 11 Sentyabr 2024
Lənkəran rayonunun Üzümçülük qəsəbəsinin məktəbi bağlanır?

Lənkəran rayonu, Üzümçülük qəsəbəsi tam orta məktəbinin bağlanacağı deyilir.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər iddia  edirlər ki, təmir işləri aparılan məktəb  istifadəyə verilməyəcək. Burada təhsil alan şagirdilər isə təqribən 8 kilometr uzaqda yerləşən digər məktəbə köçürüləcəklər.

Məktəbin hansı səbəbdən bağlanmasına aydınlıq gətirmək üçün Lənkəran - Astara Regional Təhsil İdarəsində olduq. İdarədən bildirildi ki, məktəbin bağlanması haqqında yayılan söz - söhbət həqiqəti əks etdirmir.

Qeyd edək ki, qəsəbədə 150-ə yaxın ailə var. Yeni tədris ilində şagirdlərin təlim - tərbiyəsi ilə 14 müəllim məşğul olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar