Xəzər Xəbər

Azərbaycan FHN komandası dünya çempionatının üçüncüsü olub VİDEO

Veb TV | 11:52 • 11 Sentyabr 2024
Azərbaycan FHN komandası dünya çempionatının üçüncüsü olub

Sentyabrın 5-11-də Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.

Xezerxeber.az FHN-nin mətbuat xidmətinə istinadən bildirir ki, yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib:

"Çempionatda iştirak edən komandamız böyük uğura imza atıb.

Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan əməkdaşlarımız 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.

Komandamıza çempionatın kubok, medal və hədiyyələri təqdim edilib".

Xəbər lenti