Xəzər Xəbər

Bakı Metrosunda niyə iki eskalatordan biri işləyir? - Rəsmi AÇIQLAMA VİDEO

Veb TV | 22:00 • 10 Sentyabr 2024
Bakı Metrosunda niyə iki eskalatordan biri işləyir? - Rəsmi AÇIQLAMA

Metroda sərnişin sıxlığı yaşanır, eskalatorlardan isə yalnız biri işləyir...

Görüntülər Bakı metropolitenin stansiyalarından birində qeydə alınıb.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən vətəndaşlar iddia edirlər ki, eskalatorlardan yalnız biri işləyir. Sorğu apardığımız zaman sərnişinlər də dedilər ki, xüsusilə pik vaxtlarda uzun növbələr yaranır.

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən "Xəzər Xəbər"ə bildirildi ki, eskalatorlar təhlükəsizlik səbəbindən eyni vaxtda işlədilmir.

Bəxtiyar Məmmədov onu da əlavə etdi ki, sərnişin axınını tənzimləmək üçün bəzi hallarda eskalatorun digəri də istuifadəyə verilir. Amma, 3 eskalatorun eyni vaxtda işləməsi çox nadir hallarda olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti