Xəzər Xəbər

İşlənmiş təkərlərin təkrar emalından XÜSUSİ REPORTAJ VİDEO

Veb TV | 21:40 • 10 Sentyabr 2024
İşlənmiş təkərlərin təkrar emalından XÜSUSİ REPORTAJ

İşlənmiş təkərlər təkrar emal olunaraq ondan yeni məhsullar hazırlanır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin rezin tullantıların utilizasiyası və təkrar emalı müəssisəsindəndir. Hər il yüzminlərlə işlənmiş təkər burda yenidən xammala  çevrilir.

Şinlər zavodda doğranıb çeşidləndikdən sonra digər zavodlara göndərilir.

Ötən ilin iyun ayından fəaliyyət göstərən bu layihənin ilkin mərhələsində təkərlər qəbul edilir, emal prosesindən keçərək daha sonra digər mərhələlərin həyata keçirilməsi üçün paylanılır.

Qeyd edək ki, işlənmiş təkər, mühərrik və hidravlika yağları, yararsız ehtiyat hissələri təkrar emal məqsədilə əvəzsiz olaraq, əlavə ödənişsiz qəbul edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar