İyunun 1-dən bu günə qədər 87 suda boğulma hadisəsi qeydə alınıb.
Xezerxeber.az xəbər verri ki, artıq çimərlik mövsümü yekunlaşmaq üzrədir. Çimərliklərə istirahət üçün üz tutanlar arasında boğulma təhlükəsi ilə üzləşənlər də az olmur. Bu mövsümdə sözügedən məsələ ilə bağlı aidiyyəti quruma xeyli müraciət daxil olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Xəzər Xəbər"ə verilən məlumata görə, ən çox müraciət paytaxtın Xəzər rayonu ərazisindəki çimərliklərdən daxil olub.
Fövqəladə Hallar Nazirliyindən o da bildirilib ki, ötən illə müqayisədə bu mövsümdə sudabatma halları az olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.