Xəzər Xəbər

Biləsuvarda uşaq masaj edilərkən həyatını itirib VİDEO

Veb TV | 19:50 • 9 Sentyabr 2024
Biləsuvarda uşaq masaj edilərkən həyatını itirib

Biləsuvarda iki yaşlı uşaq masaj edilərkən həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Bəydili kəndində ''sınıqçı'' kimi tanınan 63 yaşlı Nərgiz İmanova  yaşadığı evdə 2022-ci il təvəllüdlü Nəzrin Qubadlını masaj edərkən azyaşlının halı pisləşib. Yaxınları azyaşlıya yardım etməyə çalışsa da onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar. Rentgen müayinəsindən sonra bildirilib ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra azyaşlını masaja görə Nərgiz İmanovanın yanına aparıblar.

Uşağın yaxınları iddia edir ki, azyaşlı masaj zamanı şok keçirərək ölüb.

Hadisədə adı hallanan Nərgiz İmanovadan münasibət öyrənmək istəsək də o, evində yox idi.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, uşaqla bağlı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına hər hansı müraciət daxil olmayıb.

Faktla bağlı hüquq - mühafizə orqanlarında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar