Xəzər Xəbər

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu başlayıb VİDEO

Veb TV | 20:07 • 9 Sentyabr 2024
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu başlayıb

Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olar.

Xezerxeber.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışında səsləndirib.

O bildirib ki, Dövlət Komitəsinin fəaliyyəti həm də işğaldan azad edilən Qarabağda aparılan işlərlə bağlıdır.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev hazırda elmin inkişafı üzrə dövlət proqramı üzərində işlənildiyinə diqqət çəkib. Nazir bildirib ki, son iki ildə elmin təhsillə inteqrasiyasından sonra bu sahənin inkişafında xeyli addımlar atılıb və nəticələr görülür.

Qeyd edək ki, forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünyadakı azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

Sentyabrən 11-də başa çatacaq forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir. Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar