Xəzər Xəbər

Xətai rayonunda su problemi niyə həll olunmur? VİDEO

Veb TV | 21:12 • 9 Sentyabr 2024
Xətai rayonunda su problemi niyə həll olunmur?

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində illərdir ki, su problemi yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, bunu həmin ərazidə yaşayan sakinlər deyirlər.

Sakinlər deyirlər ki, ilin bütün fəsillərində su ilə bağlı problemləri olur. Lakin yay fəslində su bəzən günlərlə gəlmir.

Sakinlər iddia edir ki, problemlə bağlı aidiyyəti quruma dəfələrlə müraciət ediblər. Lakin nə qurumdan aldıqları cavab onları qane edib, nə də qurumun fəaliyyəti.

Problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində içməli suyun verilməsində hazırda problem yoxdur. Yalnız bəzi hallarda su aşağı təzyiqlə verilir. Mövcud problemin səbəbi vaxtilə əhali tərəfindən pərakəndə üsulla çəkilən su xətləridir ki, bu da suyun yüksək təzyiqlə verilməsinə çətinlik yaradır. Hazırda Əhmədli qəsəbəsi üzrə içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə yeni layihələrin icrası həyata keçirilir. Layihələrin icrası abonentlərin içməli su ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar