Xəzər Xəbər

Bu ərazilərdə avtomobil saxlayan sürücülər cərimələnəcəklər XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 20:38 • 9 Sentyabr 2024
Bu ərazilərdə avtomobil saxlayan sürücülər cərimələnəcəklər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, məktəblərin qarşısındakı yollar kameralarla nəzarətdə saxlanacaq, qayda pozan sürücülər cərimələnəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov deyib ki, təmsil etdiyi qurumun əməkdaşları yeni tədris ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. Övladını məktəbə aparan valideynlərə də parklanma üçün ayrılan yerlərdə avtomobil saxlamaq tövsiyə olunur.

Qeyd edək ki, dayanma-durma qaydalarının pozulmasına görə 20 manat cərimə nəzərdə tutulub. Avtobus zolaqlarına daxil olan sürücüləri isə 100 manat cərimə və 2 bal gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar