Xəzər Xəbər

Bakı aeroportu sərnişinlərə müraciət edib VİDEO

Veb TV | 19:34 • 9 Sentyabr 2024
Bakı aeroportu sərnişinlərə müraciət edib

Hava limanına gedən sərnişinlər Bakıdakı sıxlığı nəzər alsınlar.

Xezerxeber.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportu bu barədə sərnişinlərə müraciət edib. Bildirilib ki, Bakıda keçiriləcək "Formula 1” Azərbaycan Qran- Prisi ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəyə gələn qonaqların sayının artması gözlənilir. Sərnişinlərə səfərlərini bu halları nəzərə alaraq planlaşdırmaları və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmaları tövsiyə edilib.

Eyni zamanda "Azərbaycan Hava Yolları" QSC hava limanında parklanma ilə bağlı qaydalara ciddi şəkildə əməl etməyə çağırıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti