Xəzər Xəbər

Tovuzda üzüm satanlar indiki qiymətlərdən NARAZIDIR VİDEO

Veb TV | 21:40 • 8 Sentyabr 2024
Tovuzda üzüm satanlar indiki qiymətlərdən NARAZIDIR

Təsərrüfat sahibləri bağdan üzümü yığıb elə yol kənarındaca satış edir.

Xezerxeber.az xəbər verir ki, qiymətlər də üzümün növünə və görkəminə görə dəyişir.

Təsərrüfat sahibləri üzümün topdan şəkildə kiloqramını 80,90 qəpik səyyar isə  bir kiloqramını 1-1.50 qəpikdən satırlar.

Bu satış da təsərrüfat sahiblərini qane etmir.

Əksər üzüm bağı sahibləri isə məhsullarını alverçilərə satır.

Hələlik satış məntəqələrində süfrə üzümləri satılır. Texniki növ üzümlər yetişdikdə qiymətlərin ucuzlaşması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti