Xəzər Xəbər

Maşın bazarında durğunluq- Təklif çox, alan isə yox... VİDEO

Veb TV | 21:35 • 8 Sentyabr 2024
Maşın bazarında durğunluq- Təklif çox, alan isə yox...

Avtomobil bazarlarında aylardır durğunluq yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyir ki, bazara həddinnən artıq avtomobil gətirilir, elə buna görə də satış zəifdir.

Alıcılar isə qiymətlərin baha olduğundan narazıdırlar. Ekonom sinif avtomobillərin qiyməti 20 min manatdan yuxarıdır.

İstehsal ili 15 ildən çox olan avtomobillərə isə tələbat azdır.

Rusiya istehsalı avtomobillərə maraq da azalıb. Satıcılar deyir ki, bir vaxtlar ən çox satılan Almaniya və Rusiya istehsalı olan maşınlar idi. İndi isə hibridlərə tələbat çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti