Ağdaşa toya başqa rayondan qonaq gələn şəxs qətlə yetirilib. Hadisə gecə saatlarında rayon mərkəzində qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, şahidlərin sözlərinə görə, toyda mübahisədən sonra dava düşüb. Bıçaqlanan 28 yaşlı İlkin İsgəndərli də onlar arasında olub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətinin Regional Qrupundan bildirilib ki, əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.