Xəzər Xəbər

Azərbaycan - Ermənistan sərhədindən ilk görüntülər "Xəzər Xəbər"də VİDEO

Veb TV | 19:38 • 5 Sentyabr 2024
Azərbaycan - Ermənistan sərhədindən ilk görüntülər "Xəzər Xəbər"də

Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonunun Bağanis Ayrım kəndi istiqamətindən yeni görüntülər yayılıb.

Görüntüləri "Xəzər Xəbər"in Bağanis Ayrım kəndində olan çəkiliş qrupu qeydə alıb.

Kadrlarda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nəzarətində olan döyüş postu ilə üzbəüz yerləşən erməni postları açıq şəkildə görünür. Eyni zamanda təmas xəttinə yaxın yolda avtomobillərin hərəkətini də aydın şəkildə izləmək mümkündür. Görüntülərdən o da aydın olur ki, sərhədin Ermənistan tərəfinin dərinlikləri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərinin müşahidəsi altındadır.

Xatırladaq ki, Bağanıs Ayrım Qazaxın işğal olunan ilk kəndidir. Ermənilər kəndi 1990-cı il martın 24-də işğal edib. Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmaya görə, işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılıb. 

Bu il may ayının 24-dən Ermənistanın Azərbaycana qaytardığı Qazaxın 4 kəndinin ərazisi Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. 

Xezerxeber.az Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonunun Bağanis Ayrım kəndi istiqamətindən yeni görüntüləri təqdim edir:

Xəbər lenti

Çox oxunanlar