Xəzər Xəbər

Şabranda iribuynuzlu heyvanlar tələf olurlar VİDEO

Veb TV | 21:44 • 5 Sentyabr 2024
Şabranda iribuynuzlu heyvanlar tələf olurlar

Şabran rayonunda iribuynuzlu heyvanların tələf olması müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, mal-qara saxlayanlar bildirirlər ki, artıq ikinci ildir, iribuynuzlu heyvanları tələf olur.

Şabranın Güləmli kəndində yaşayan sakinlər heyvanlarına xəstəlik düşdüyünü bildirirlər. Artıq 7-8 iribuynuzlu heyvan ölüb. Onların iddiasına görə, vaksinlər vaxtında vurulmur. 

Məsələ ilə bağlı Şabran Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən  “Xəzər Xəbər”ə bildirildi ki, bu məsələ ilə bağlı şikayətçilər ötən həftənin şənbə günü müraciət ediblər. Onların müraciətlərinə baxılıb. Həkimlər həmin əraziyə göndərilib. İribuynuzlu mal-qara müalicə olunub. Sonradan müəyyən olunub ki, bu xəstəliyin adı “Proplazmoz” yəni, gənədən keçən qızdırma xəstəliyidir.

O da qeyd olunub ki, rayon ərazisində başqa yerlərdə heyvanlar arasında hansısa xəstəlik yayılmayıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar