Xəzər Xəbər

Bakıda silahlı insident olub VİDEO

Veb TV | 20:55 • 5 Sentyabr 2024
Bakıda silahlı insident olub

Bakıda narkopritonda silahlı insident olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün saat 21 radələrində polis əməkdaşları tərəfindən qəsəbə ərazisindəki yaşayış binalarının həyətindəki tiklilərdən birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib.

Narkopriton təşkil etməkdə şübhəli bilinən Akif Məmmədov güllələnərək zərərsizləşdirilib.

Müəyyən edilib ki, Akif Məmmədov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.

Hadisə yerindən 2 kq müxtəlif növ narkotik vasitə və ''Makarov'' markalı tapança aşkar olunaraq götürülüb. Ərazidə bir neçə yaşayış binasının olması təhlükənin nə qədər ciddi olmasından xəbər verir. Sakinlər ərazidə belə bir şəxs tərəfindən narkopritonun təşkil edilməsini birmənalı olaraq pisləyiblər.

Güllələnərək zərərsizləşdirilən Akif Məmmədovun həmin tiklidə necə məskunlaşması və digər hallar Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Fakt üzrə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar