Xəzər Xəbər

Növbəti köç karvanı Şuşaya ÇATDI VİDEO

Veb TV | 14:50 • 5 Sentyabr 2024
Növbəti köç karvanı Şuşaya ÇATDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Sentyabrın 5-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Xezerxeber.az xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir.

Bu gün 30 ailə olmaqla ümumilikdə 102 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxanada, sanatoriyada, pioner düşərgəsində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Bununla da Şuşa şəhərində 177 ailənin, yəni 672 ailənin daimi məskunlaşması təmin edilib.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti