Xəzər Xəbər

Uzaq səfərlərə çxan turist və sərnişinlərə "dayan dincəl"... VİDEO

Veb TV | 22:30 • 4 Sentyabr 2024
Uzaq səfərlərə çxan turist və sərnişinlərə "dayan dincəl"...

Uzaq səfərlərə çıxan turistlər və sərnişinlər müəyyən məsafə qət etdikdən sonra dincəlmək üçün istirahət məkanlarina üz tuturlar. "Yol üstü" layihəsi çərçivəsində fəaliyyətə başlayan "dayan dincəl" istirahət məkanları istifadəyə verilib.

Xezerxeber.az xəbər verir ki, ölkə boyu həmişə bütün istiqamətlərdə həm sürücülər, həm də sərnişinlər üçün magistral yollarda dincəlmək üçün müxtəlif istirahət məkanları mövcud olub. Belə məkanlara son dövrlərdə yeniləri də əlavə edilib. "Yolüstü " layihəsi çərçivəsində fəaliyyətə başlayan "Dayan Dincəl" istirahət məkanları da bu məqsədlə yaradılıb. Bura da Salyan ərazisindəki məntəqədir.

“Yol üstü” layihəsinin əməliyyatlar üzrə direktoru Tuncay Nəsiblinin bildirdiyinə görə, ölkə boyu  4  fərqli istiqamətdə  15 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrdə dincələn qonaqlara mərkəzləşdirilmiş mətbəxtdə hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunur.

Bundan başqa şimal istiqamətində 3, qərb istiqamətində 2, şimal-qərb istiqamətində isə üç belə məntəqə fəaliyyət göstərirr.

Gələcəkdə "Dayan Dincəl" məntəqələrinin sayı əlliyə çatdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar