Xəzər Xəbər

Vergi borcu olanlar üçün tətbiq ediləcək yenilik və üstünlüklər nədən ibarətdir? VİDEO

Veb TV | 22:00 • 4 Sentyabr 2024
Vergi borcu olanlar üçün tətbiq ediləcək yenilik və üstünlüklər nədən ibarətdir?

Vergi borcu olanlara şad xəbər. Vergi ödəyicilərinə möhlət veriləcək. Bu, vergi ödəyicisinin borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasında öz təsdiqini tapıb.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, Nazirlərr kabinetinin qərarına əsasən, vergi ödəyicisinin vergi borcu onun sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin borcu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və ödəmə müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq uzadılır.

Ekspertlərin sözlərinə görə, vergi öhdəliklərinin möhlət verilməsi və müddətlər üzrə bölünməsi praktikasının Azərbaycanda tətbiqi təsərrüfat subyektlərinin üzləşdikləri bir sıra problemlərin həlinə gətirib çıxaracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti