Paytaxtda parkların birindən yeni doğulmuş körpə dölü tapılıb. Parkın içərisindəki gölməçənin kənarında aşkarlanan körpə dölü sellofana bükülmüş vəziyyətdə olub.
Xezerxeber.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazində qeydə alınıb.
Parkın ətrafında yaşayan və istirahət edən saakinlərdən öyrəndik ki, bu gün səhər saatlarında əıraziyə polis də gəlib. Sakinlər iddia edirlər ki, park nəzarətsiz olduğundan burada xoşagəlməz hadisələrlə tez-tez qarşılaşırlar.
Çəkiliş apardığımız zaman parkın ərazisində yeni təhlükəsizlik kameralarının quraşdırıldığını da gördük.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.