Xəzər Xəbər

Kredit kartlarının ödənişində gecikmələr bankları hansı addımları atmağa sövq edəcək? VİDEO

Veb TV | 21:30 • 4 Sentyabr 2024
Kredit kartlarının ödənişində gecikmələr bankları hansı addımları atmağa sövq edəcək?

Kredit kartları üzrə şərtlərin sərtləşdirilməsi proqnozlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, ekspertlərin fikrincə, banklar kredit kartlarına artan tələb fonunda daha problemsiz vəsait siyasəti yeritmək istəyir.

İqtisadçı bildirib ki, sərtləşmə olacağı təqdirdə, öncə banklar sistemlərində olan müştəri bazasını strukturlaşdıracaqlar. Daha sübutedici gəlirləri olan vətəndaşlar prioritet təşkil edəcək.

Bankların kartlar arasında köçürmələrlə bağlı da müəyyən addım atmaları da gözləniləndir. 

Qeyd edək ki, bu il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda kredit kartları ilə 774 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34,4 % çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar