Xəzər Xəbər

Gəncə polisi taksi sürücülərini aldadan şəxsləri ələ keçirdi – Əməliyyatın DETALLARI VİDEO

Veb TV | 20:55 • 4 Sentyabr 2024
Gəncə polisi taksi sürücülərini aldadan şəxsləri ələ keçirdi – Əməliyyatın DETALLARI

Gəncədə kartlardan pul oğurluqları ilə bağlı şikayətlərin artması polisi hərəkətə keçirib.

Xezerxeber.az-ın xəbərinə görə, müəyyən olunub ki, naməlum şəxslər banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayıblar. Sonra isə guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefonların dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər.

Görülən tədbirlər nəticəsində vətəndaşların bir neçəsinin pulu geri qaytarılıb.

Bundan başqa polis əməkdaşları taksi sürücülərinə qarşı törədilən onlayn dələduzluq faktının da üstünü açıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, Bakı şəhər sakinləri Əli Dadaşov və Fuad Şirəliyev ayrı-ayrı vaxtlarda paytaxtdan Gəncədəki taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan sürücülərlə telefonla əlaqə saxlayaraq onları şəhərin müxtəlif yerlərinə yönləndiriblər. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə müxtəlif məbləğlərdə pul ödənişi etmələrini xahiş edib və bunun üçün onlara müxtəlif bank hesabı nömrələri göndəriblər.

İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və gedişhaqqını onlara qaytaracaqlarını vəd ediblər. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onlarla əlaqə yaratmaq mümkün olmayıb.

Aşkar edilmiş faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024