Xəzər Xəbər

Tovuzda zəncirvari qəza baş verib VİDEO

Veb TV | 19:50 • 3 Sentyabr 2024
Tovuzda zəncirvari qəza baş verib

Tovuzda zəncirvari yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb.

İlk olaraq 2 avtomobilin toqquşduğu qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə zamanı çəkiliş aparan "Xəzər Xəbər" əməkdaşının yol kənarında dayanmış maşınına sürətlə gələn başqa maşın çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Həmin maşın ətrafda olan 3 nəfərə də xəsarət yetirib.

Hadisə nəticəsində xəsarət alanlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Lənkəranda da ağır yol qəzası baş verib. Gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində 21 yaşlı Rafiq Əliyevin idarə etdiyi minik avtomobili 60 yaşlı Davud Mənsiyevin idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri, eləcə də sərnişinlər - Lənkəran rayonunun Liman şəhər sakini 42 yaşlı Rəşad Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 30 yaşlı Anar Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzanın başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar