Xəzər Xəbər

Ermənistana Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək üçün ÇAĞIRIŞ VİDEO

Veb TV | 22:00 • 2 Sentyabr 2024
Ermənistana Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək üçün ÇAĞIRIŞ

Ermənistan sülh sazişi layihəsindən bir neçə önəmli məqamı çıxarıb, Azərbaycan da cavab təkliflərini təqdim edəcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, Azərbaycan bu il 24 iyun tarixində sülh sazişi layihəsi ilə bağlı öz cavablarını Ermənistana təqdim edib.

Xarici İşlər naziri Ceyhun Bayramov vurğulayıb ki, Ermənistan qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

Nazir həmçinin Ermənistanın silahlandırılmasına diqqət çəkib. Bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır",- deyə nazir vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar