Xəzər Xəbər

Paşinyana baha başa gələn təbrik... VİDEO

Veb TV | 21:50 • 2 Sentyabr 2024
Paşinyana baha başa gələn təbrik...

Hələ 1 il əvvəl Ermənistan baş naziri Nikol Paşinyan, qondarma rejimi təbrik edəndə başına gələcəkləri bilmirdi. O, bununla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə iddiasını artırmış oldu.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, Paşinyanın hakimiyiyətə gəlməsindən sonra Ermənistandan Qarabağa enən hücum təyyarələri, 2019-cu ildə Qarabağ Ermənistandır bəyanatını səsləndirməsi və ötən ilin sentyabrında qondarma rejimi təbrik etməsi Azərbaycan üçün son hədd oldu. Onun bu addımı antiterror əməliyatının başlamasına təkan verdi.

Ədalət Verdiyev bildirib ki, qondarma mərasimlərə qatılan hökumət başçısı söylədiyi fikirlərlə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı olmadığını bir daha təsdiqləmişdi. Hazırda isə vacib olmayan məsələləri müzakirəyə çıxarması onu daha da çətin hala salır. Hərbi ekspert bildirib ki, Paşinyanın tək yolu üzərinə düşən öhdəlikləri yerinə yetirməsidir.

Hərbi ekspert qeyd edib ki, Ermənistan bir limandan digərinə üzməklə hərbi potensialını bərpa etməyə çalışır. Lakin görünən odur ki, bu yaxşı nəticələnməyəcək. Məğlub tərəfin silahlandırılması ona fəlakətlər gətirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024