Xəzər Xəbər

Yeni Günəşli qəsəbəsinin sakinləri səki olmadığından yola çıxmağa məcbur qalır – ŞİKAYƏT VİDEO

Veb TV | 21:45 • 2 Sentyabr 2024
Yeni Günəşli qəsəbəsinin sakinləri səki olmadığından yola çıxmağa məcbur qalır – ŞİKAYƏT

Paytaxtın suraxanı rayonu, yeni günəşli qəsəbəsinin sakinləri deyirlər ki, səki olmadığından yola çıxmağa məcbur qalırlar.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, yolda piyada səkisi olmadığından avtomobil yoluna çıxmağa məcburdurlar. Bu isə onların həyatı üçün təhlükəlidir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda ərazidə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti tərəfindən işlər həyata keçirilir.

İşlər yekunlaşan kimi, yolda piyada səkiləri və asfalt örtüyü bərpa olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar