Xəzər Xəbər

Külək bölgələrdə fəsadlar yaratdı VİDEO

Veb TV | 21:25 • 2 Sentyabr 2024
Külək bölgələrdə fəsadlar yaratdı

Bu gündən bəzi bölgələrdə küləyin sürəti artıb.

Xezerxeber.az xəbər verir ki, Quba şəhərinin 20 Yanvar küçəsində külək irigövdəli ağacı aşırıb. Nəticədə ağac minik avtomobilinin üzərinə düşüb, maşına ciddi ziyan dəyib.

Həmçinin aşan ağac elektrik xətlərini də qırdığından Quba şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişi kəsilib. Hazırda şimal bölgəsində güclü külək davam edir, Xaçmaz, Şabran, Qusar rayonlarının bəzi ərazilərində elektrik enerjisi ilə təminatda fasilələr yaranıb.

Bu gün şərq küləyi bəzi rayonlarda arabir güclənib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmaz, Naftalan, Altıağac, Qubada güclənib.

Küləkli hava şəraiti ilə bağlı gəmilərə də xəbərdarlıq edilib. Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-qərb küləyi sabah səhər saatlarına kimi davam edəcək. Küləyin sürətinin daha da güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 mdən 4.0-6.0 m-ə çatacağı proqnozlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti