Xəzər Xəbər

Avtobusların öz yolu ilə getməsinə maneçilik törədən ağacların budaqları niyə budanmır? VİDEO

Veb TV | 21:05 • 2 Sentyabr 2024
Avtobusların öz yolu ilə getməsinə maneçilik törədən ağacların budaqları niyə budanmır?

Avtobus zolağı var, amma sürücülər ora daxil ola bilmirlər.

Xezerxeber.az xəbər verir ki, səbəb irigövdəli ağacların budaqlarının yolu zəbt etməsidir. Bura paytaxtın Yasamal rayonu Şərifzadə küçəsidir. Bir müddət öncə zolaqlar çəkildi ki, ictimai nəqliyyatın hərəkət intensivliyi yaxşılaşsın. Amma bu küçədəki zolağın avtobus sürücüləri üçün heç bir əhəmiyyəti yoxdur.

Sürücülər deyirlər ki, irigövdəli ağaclar avtobuslar üçün təhlükə yaratdığından onlar da məcbur qalıb, zolaqla getmirlər. Bildirilib ki, bu ərazilərdə avtobuslar zolaqla hərəkətdə olarkən qarşılarına çıxan ağaclara çırpılmamaq üçün sürücülər nəqliyyat vasitəsini sola çəkir və zolaqdan çıxmağa məcbur olurlar. Bu da digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agenmtliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, ağacların budanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub. Bakı Şəşər İcra Hakimiyyətindən isə bildirdilər ki, şəhər ərazisində ağacların budanması mütəmadi aparılır. '

'Xəzər Xəbər''in çəkilişindən sonra əraziyə işçi qüvvəsi cəlb edildi və avtobuslara maneə yaradan ağaclar budandı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti