Xəzər Xəbər

İşğaldan azad edilən ərazilərdə səsvermə prosesində AKTİVLİK VİDEO

Veb TV | 21:25 • 1 Sentyabr 2024
İşğaldan azad edilən ərazilərdə səsvermə prosesində AKTİVLİK

Paytaxtda və digər bölgələrdə olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də vətəndaşlar səsvermə hüququndan istifadə ediblər.

Xezerxeeber.az xəbər verir ki, 22 saylı Xankəndi seçki dairəsinin məntəqələrində səsvermənin başladığı ilk dəqiqələrdən seçici aktivliyi müşahidə olunub.

Ağdərə rayonun Suqovuşan qəsəbəsi və Talış kəndinin sakinləri artıq ikinci dəfədir  ki, öz doğma yurdlarında seçkilərdə iştirak edirlər. 97 saylı Tərtər-Ağdərə-Goranboy dairə seçki komisiyasının 49 saylı məntəqəsində səhər saatlarından seçicilərin aktivliyi qeydə alınıb. Məntəqədə 101 seçici qeydiyyatdadır ki, onlar 97 saylı dairədən namizəd olan 6 nəfər arasında seçim aparıblar.

Şuşa sakinləri də öz namizədlərini seçmək üçün məntəqəyə üz tutublar. Digər ərazilərdə olduğu kimi Şuşada da seçici fəallığı müşahidə olunub. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə səsvermə prosesi keçirilib.

Milli Məclisinə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilib. 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs veriblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti