Xəzər Xəbər

Bakıda seçki günü NECƏ KEÇDİ? VİDEO

Veb TV | 21:15 • 1 Sentyabr 2024
Bakıda seçki günü NECƏ KEÇDİ?

Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Saat 08.00-da səsverməyə start verilib.

Xezerxeber.az xəbər verir ki, parlament seçkiləri 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini əhatə edib. Ölkə üzrə ümumilikdə 6 421 960 vətəndaşın səsvermə hüququ olub. Vətəndaşlar səhər saatlarından etibarən ərazi üzrə seçki məntəqələrinə gedərək səsvermədə iştirak ediblər

Paytaxt sakinləri şəxsiyyət vəsiqələri ilə məntəqələrə yaxınlaşaraq millət vəkili kimi görmək istədiyi namizədi seçib.  

Səhər saat 8-də startı verilən səsvermə axşam saat 19.00-da yekunlaşıb və büllenetlərin sayımına başlanılıb.

Xatırladaq ki, Milli Məclisdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar