Xəzər Xəbər

Bakını şollar suyu ilə təmin etmək mümkündürmü? – Ekspert rəyi VİDEO

Veb TV | 22:30 • 31 Avqust 2024
Bakını şollar suyu ilə təmin etmək mümkündürmü? – Ekspert rəyi

Paytaxt Bakıda suyun dərdi bitmir.

Biz də elə bu niyyətlə vaxtilə adına Hacı Zeynalabdinin şollar kəməri deyilən boru xəttinin taleyi ilə maraqlandıq.                                            

Xezerxeber.az-ın xəbərinə görə, tarix elmləri doktoru Fərhad Cabbarov deyir ki, hər  nə qədər paytaxta bu suyun çəkilməsi Hacının adı ilə bağlı olsa da, onun bu məsələdə rolunu heç də müstəsna rol adlandırmaq olmaz.

Bir sözlə, bakılıların hər içəndə hacının ruhuna rəhmət oxuduğu şollar suyunun indi sadəcə adı qalıb. Niyəsini isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinin sədrinin müşaviri Aydın Abbasov cavablandırır:

Bəs görəsən yenidən paytaxt Bakını içməli su ilə, vaxtlı vaxtında təchiz etmək üçün nə kimi işlər görülür?

Aydın Abbasovun sözlərinə görə, Bakı şəhərinin su təchizatı üçün dövlət proqramları hazırlanır: 

Onun sözlərinə görə Bakıda ehtiyat su anbarlarının işlənilməsi proqramı üzərində də aidiyyatı qurumlarla iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti