Lənkəranda kütləvi dava olub.
Xezerxeber.az xəbər verir ki, rayonunun Vel kəndində 67 yaşlı Nərminə Hüseynova, 54 yaşlı Nəzər Hüseynov, 28 yaşlı Əlişah Hüseynov çəpər qonşuları olan 44 yaşlı Seymur Hacıyev və atası 72 yaşlı Möhübbət Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. İlkin məlumata görə qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib.
Xəsarət alanlar təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə ekspertizalar təyin olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.