Xəzər Xəbər

Universitetlərə qeydiyyatın başlaması ilə tibb müəssisələrində sağlamlıq arayışı problemi yaşanır VİDEO

Veb TV | 22:05 • 31 Avqust 2024
Universitetlərə qeydiyyatın başlaması ilə tibb müəssisələrində sağlamlıq arayışı problemi yaşanır

Sağlamlıq kağızı almaq üçün növbəyə durmalı, saatlarla gözləməli olurlar.

Xezerxeber.az xəbər verir ki, görüntülər Gəncədəndir. Eyni anda tibbi arayış üçün müraciət edənlərin çox olması prosesi ləngidir, vətəndaşların narazılığına səbəb olur.

Narazı vətəndaşların sözlərinə görə, prosesin ləngiməsinin və uzun növbələr yaranmasının səbəblərindən biri də arayış üçün tələb olunan vəsaitin yalnız bir nöqtədə ödənilməsidir.

Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirildi ki, son günlərdə Abbas Səhhət adına Xəstəxananın Poliklinika şöbəsində sıxlığın yaranması müraciət sayının çox olması ilə bağlıdır. Buna səbəb isə yeni tədris ilinin başlaması və işə qəbul üçün arayış tələbidir. Vətəndaşlar Gəncədə Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Poliklinika şöbəsindən də sağlamlıq arayışı əldə edə bilərlər.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə deyir ki, yeni tələbələrin qeydiyyatı üçün sağlamlıq arayışının tələb edilməsi birmənalı zərurət deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar