Xəzər Xəbər

Sosial şəbəkələrdə satılan qanunla qadağan olunan avtomobil səs siqnalları ölkəyə necə gətirilir? VİDEO

Veb TV | 21:25 • 31 Avqust 2024
Sosial şəbəkələrdə satılan qanunla qadağan olunan avtomobil səs siqnalları ölkəyə necə gətirilir?

Avtomobilə bəzi əlavə avadanlıqlarına quraşdırılması qanunla qadağandır.

Xezerxeber.az xəbər verir ki, müxtəlif səs siqnalları, sayrışan işıqlar, nömrə gizlədən qablar, səsboğucular. Sosial şəbəkələrdə avtomobilə quraşdrılması qadağan olan avadanlıqlar açıq şəkildə satılır.

Sayrışan işıqların qiyməti 25- 250 manat, siqnalların isə 700-2500 arasında dəyişir.

Maraqlısı burasındadır ki, sosial şəbəkələrdə satışı həyata keçirilən bu avadanlıqları yalnız onlayn sifariş etmək olur. Bəzi avadanlıqların gətirilməsi üçün beh də tələb edilir.

Baş Dövlət Yol Polis İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, bu avadanlıqların istifadəsi qanunla qadağandır. İdarə tərəfindən bu ləvazimatlardan istifadənin qarşısını almaq üçün mütəmadi olaraq tədbirlər görülür. İstifadə edən şəxslərə müəyyən məbləğda cərimə tətbiq olunur.

Avtomobilə quraşdırılması qadağan olan bu avadanlıqların ölkəyə necə gətirildiyini dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qanunvericilik aktlarında qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalının, eləcə də gizli nömrə qablarının dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan mallar siyahısına aid deyil. Bu səbəbdən də onların gömrük sərhədindən keçirilməsində hər hansı məhdudiyyət yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar