Xəzər Xəbər

Polis bahalı avtomobilləri yarışdıranlarla bağlı HƏRƏKƏTƏ KEÇDİ VİDEO

Veb TV | 21:05 • 31 Avqust 2024
Polis bahalı avtomobilləri yarışdıranlarla bağlı HƏRƏKƏTƏ KEÇDİ

Bir neçə şəxs bakıda öz bahahlı avtomobillərini yarışdırıblar.

Xezerxeber.az xəbər verir ki, bununla da qalmaıb həmin prosesi videoya da çəkiblər.

Range Rover markalı avtomobilin sürücüsü yüksək sürətlə avtomobilləri ötərək təhlükəli vəziyyət yaradır.

Eyni sürətlə hərəkət edən digər lüks maşından isə bu yarış videoya çəkilir

Sözügedən görüntülərlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli "Xəzər Xəbər"ə açıqlama verib. O bildirib ki, "Range Rover" və digər bahalı avtomobillərin sürücüləri ötmə əməliyyatı edərək yollardakı hərəkət iştirakçıları üçün təhlükə yaradıblar.

Qeyd edək ki həmin şəxslərin yaratdığı təhlükəli vəziyyət sosial şəbəkələrdə xeyli müzakirələrə də səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar